Qarlı hava ilə bağlı AZAL-dan açıqlama
Hava şəraitinin dəyişməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində fəaliyyətini davam etdirir.
BUTA.TV xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
"Uçuşların gediş-gəlişində heç bir gecikmə yoxdur. Hava şəraitinin pisləşməsinə və qar yağmasına baxmayaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu adi rejimdə fəaliyyətini, eləcə də təyyarələrin qəbulunu və göndərilməsini davam etdirir", - məlumatda qeyd olunub.