Son iki gün ərzində kəskin hava şəraiti ilə əlaqədar Quba, Qusar və Xaçmaz rayonları ərazisində 35 yol nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan BUTA.TV-a verilən məlumata görə, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 (07.01.23 - 2- 08.01.23 - 5) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib:

“Xaçmazda 13 (07.01.23 - 4 - 08-01-23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə zərər dəyib.

Qubada 15 (07.01.23 - 6 - 08.01.23 - 9) nəqliyyat hadisəsi olub, nəticədə xəsarət alan olmayıb, 27 avtomobilə zərər dəyib”.