Yakutiyada 60 dərəcə şaxta qeydə alındı
Oymyakonda -59 dərəcə, doqquz məntəqədə isə -45-dən aşağı şaxta qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Yakutiya Hidrometeorologiya Departamenti məlumat yayıb.
“Soyuq qütblər Yer kürəsinin ən aşağı temperaturlu əraziləridir. Yakutiyada bunlar Oymyakon və Verxoyanskdır”, - məlumatda deyilir.