Bu gün Ermənistanın müdafiə naziri Suren Papikyan Marçin Vidranın rəhbərlik etdiyi Avropa Birliyinin (AB) texniki qiymətləndirmə missiyasını qəbul edib.

BUTA.TV xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.

Görüşdə müdafiə naziri AB-nin regionda sülh və sabitliyin möhkəmləndirilməsində iştirakını yüksək qiymətləndirib, monitorinq missiyalarının rolunu vurğulayıb.