Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Bu barədə BUTA.TV-a Mərkəzdən bildirilib.

Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

- Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində;

- Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

- 20 Yanvar dairəsi;

- Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;

- Heydər Əliyev prospekti, köməkçi yol - Mərkəz istiqamətində;

- Sabunçu-Zabrat şosesi – “Koroğlu” metrostansiyası istiqamətində;

- Mikayıl Əliyev küçəsi, “Koroğlu” metrostansiyası istiqamətində.