Çikaqo yaxınlığındakı İllinoys ştatının Lasalle qraflığında kimyəvi zavodda güclü yanğın baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə “NBC Chicago” yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hadisə yerində təcili briqada işləyir, ətrafdakı sakinlərə təhlükəsizlik baxımından sığınacaqlarda qalmaları əmri verilib.

Hadisə zamanı xəsarət alanın olmadığı bildirilib.