Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin görüşü olub.

BUTA.TV xəbər verir ki, bu barədə N.Paşinyan Feysbuk səhifəsində yazıb.

O bildirib ki, gürcü həmkarı ilə xüsusi söhbəti olub:

“Ermənistanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasından əvvəl İrakli Qaribaşvili ilə xüsusi söhbət etdik”.

Qeyd edək ki, Gürcüstanın baş naziri Ermənistanda işgüzar səfərdədir. O, yanvarın 12-də hökumətlərarası komissiyanın iclasına qatılıb.