İsveç bu məsuliyyətdən yayına bilməyəcək - Çavuşoğlu
İsveç YPG terrorçularının tərəfdarlarının təşkil etdiyi təxribatlara görə məsuliyyətdən yayına bilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"İsveç hakimiyyəti baş verənlərə görə birbaşa məsuliyyət daşıyır və onlar baş verən hadisələri qınamaqla məhdudlaşaraq məsuliyyətdən yayına bilməyəcəklər", - M.Çavuşoğlu qeyd edib.