Qız qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb. Bununla əlaqədar körpü üzərində piyadaların hərəkəti bir müddət məhdudlaşdırılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

“Körpünün aşırımlarının 10 fevraladək bərpa olunması nəzərdə tutulub”, - məlumatda bildirilib.