Astara sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə BUTA.TV-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı cari ilin əvvəlindən keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Astara Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.