Xırdalanda su kəsiləcək
Bu gün Abşeron rayonunun Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
BUTA.TV Azərsu ASC-yə istinadən xəbər verir ki, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.