ABŞ Ukraynaya 60 ədəd “Bradley”göndərdi
ABŞ 60 ədəd “Bradley” döyüş maşınını Ukraynaya göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı məlumat verib.
“60-dan çox “Bradley” ötən həftə Şimali Çarlston (Cənubi Karolina ştatı) sahillərini tərk edib. Bu, Ukrayna Silahlı Qüvvələrinə sərhədlərini Rusiyanın qanunsuz işğalından qorumaq üçün əlavə hücum və müdafiə imkanları verəcək”, - məlumatda qeyd olunub.