Ermənistanın Milli Təhlükəsizlik Xidməti silahlı qüvvələrin kapitanını həbs edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, kapitan Ermənistanın Göyçə mahalının Agkilsə kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğında vəzifə səhlənkarlığı səbəbindən həbs edilib.

Adı qaçıqlanmayan hərbçi N saylı hərbi hissəsinin arxa cəbhə komandiri və kommunal təsərrüfat işləri üzrə müavini olub.