Mariupolda güclü partlayışlar baş verir
Ukraynanın Donetsk vilayətinin işğal altındakı Mariupol şəhərində hava həyəcanı siqnalı zamanı partlayışlar olub.
BUTA.TV xəbər verir ki, bu barədə Mariupolun qanuni şəhər başçısının müşaviri Petro Andryuşenko teleqramda yazıb.
O, azı 7 güclü partlayış səsinin qeydə alındığını bildirib.