Biz İrana güzəştə getməməliyik. Çünki İran 30 ildir ki, Azərbaycana qarşı bütün kartlarını açıb.

BUTA.TV xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, İran bizə qarşı müharibə elan edib və biz də müharibəyə uyğun davranışımızı ortalığa qoymalıyıq.

Deputat həmçinin təklif edib ki, Azərbaycan-İran paralamentlərarası dostluq qrupu fəaliyyətini dayandırsın.