Türkiyədə baş verən zəlzələdən sonra Hatayın Qırıqxan rayonundan keçən təbii qaz xəttindəki qəza nəticəsində bir sıra vilayətlərə qazın verilişi dayandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə BOTAŞ-dan açıqlama verilib.

“Qəhrəmanmaraş - Qaziantep qaz xəttində baş verən qəza səbəbindən Qaziantep, Hatay və Qəhrəmanmaraş vilayətlərinə təbii qazın verilişi dayandırılıb”, - məlumatda qeyd olunub.