Türkiyə millisinin iki voleybolçusu - Mehmet Can Ağırbaş və Emincan Kocabaş zəlzələ nəticəsində həlak olub.

BUTA.TV xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Hər iki voleybolçu "Malatya Böyükşəhər Bələdiyyəspor"un formasını geyinib.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.