Pirlo Türkiyəyə yardım kampaniyasına qoşuldu - Foto
Türkiyənin “Fatih Karagümrük” klubunun baş məşqçisi Andrea Pirlo zəlzələdən zərər çəkən bölgələrə göndərilən yardım kampaniyasına qoşulub.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Andrea Pirlonun çalışdırdığı “Fatih Karagümrük” İstanbul şəhərini təmsil edir. Klub hazırda Türkiyə Super Liqasında 26 xalla doqquzuncu pillədə qərarlaşıb.