Nəzərə alsaq ki, biz hələ də obyekti dəyərləndiririk, mən xüsusiyyətlərinə keçmək istəməzdim.

BUTA.TV xəbər verir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder Alyaska üzərində vurulan obyektdən danışarkən deyib.

O əlavə edib ki, obyekti vurmazdan əvvəl pilotlar göyərtədə insanların olmadığına əmin olublar: "Orada insanların olduğuna dair heç bir əlamət yoxdur".

Qeyd edək ki, ABŞ ordusu Alyaska ştatı üzərində hava məkanına daxil olan naməlum obyekti vurub.