Zəlzələdə uçan binanın podratçısı həbs edildi
Türkiyənin Qaziantep şəhərində zəlzələ nəticəsində dağılan “Ayşə-Mehmet Polat” yaşayış kompleksinin podratçısı Mehmet Ərtan Akay həbs edilib.
BUTA.TV xəbər verir ki, M.Ə.Akay “Səhlənkarlıq səbəbindən ölümə səbəb olma” və “Tikinti normalarının pozulması” maddələri üzrə təqsirli bilinib.