Ukraynanın tammiqyaslı işğalından bir il keçməsinə baxmayaraq, Rusiya başlanğıcda olan problemlərdən xilas ola bilməyib.

BUTA.TV xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib.

O bildirib ki, Rusiya qoşunları hələ də bir il əvvəl olduğu kimi eyni problemlərdən əziyyət çəkirlər: logistika, dəstək, birgə atəşlərin inteqrasiyası, şəxsi heyət, bölmələrin birləşməsi:

“Mən davam edə bilərdim. Onu deyim ki, mən corab dəyişdiyim kimi Putin də generalları dəyişməyə davam edir. Yəni, demək istəyirəm ki, o, hələ də mübarizə aparır”.