Çin korona üzərində qələbəni elan etdi
Çin COVİD-19 üzərində qələbəni elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Çinin siyasi büro komitəsinin bəyanatında deyilib.
"Epidemiyanın qarşısının alınması və nəzarət edilməsində böyük həlledici qələbə əldə edilib", - bəyanatda qeyd olunub.
Eyni zamanda çinlilərə xəbərdarlıq edilib ki, vəziyyət yaxşılaşsa da, virus hələ də bütün dünyada yayılır və mutasiyaya uğrayır.