Suriyanın şərqində yerləşən Xüms əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı 50-dən çox insan həlak olub.

BUTA.TV xəbər verir ki, bu barədə Suriyanın "Əl-Əxbariyyə" telekanalı məlumat yayıb.

“İŞİD terrorçularının Xüms vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox vətəndaş həlak olub”, - məlumatda bildirilib.