Sabirabadda pambıq emalı zavodunda yanğın başlayıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.