İsrail HƏMAS-ın bazalarını darmadağın etdi
İsrail ordusu HƏMAS-ın Qəzza sektorundakı bazasına raket zərbələri endirib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu məlumat yayıb.
“Bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələri terror təşkilatı HƏMAS-a məxsus silah istehsalı müəssisəsi və hərbi kompleksə hücum edib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, zərbələrin endirildiyi silah istehsalı obyekti Qəzzanın mərkəzində, hərbi kompleks isə şimalında yerləşir.