Kanada Ukraynaya daha 4 "Leopard" tankı göndərir
Kanada hakimiyyəti Ukraynaya daha dörd ədəd “Leopard 2” tankı vermək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trüdo deyib.
O bildirib ki, sözügedən tanklarla yanaşı, Ukrayna ordusu üçün zirehli təmir-təxliyə maşınları da göndəriləcək.