Ukraynalıların olduğu avtobuslar qəzaya uğradı
Polşanın Zablotka şəhərində ukraynalı qaçqınların olduğu iki sərnişin avtobusu toqquşub.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məlumata görə, toqquşma zamanı avtobuslardan biri aşıb. Qəza nəticəsində Ukrayna vətəndaşları olan 5 qadın yaralanıb.
Polisin məlumatına görə, hər iki avtobusun sürücsü sərxoş olub.