Rusiyaya məxsus “Kalibr” qanadlı raketləri ilə təchiz edilmiş “Karakurt” və “Buyan-M” gəmiləri Baltik dənizində keçirilən hərbi təlimdə iştirak edib.

BUTA.TV xəbər verir ki, bu barədə Baltik Donanmasının mətbuat xidməti məlumat verib.

"Manevrlərdə "Odintsovo", "Zeleni Dol", "Sovetsk" kiçik raket gəmiləri və "Dimitrovqrad" raket kateri iştirak edir", - məlumatda deyilir.