Rusiyanın əsas informasiya agentliklərindən olan RİA Novostiyə Azərbaycanda qoyulan giriş qadağası aradan qaldırılıb.

BUTA.TV xəbər verir ki, hazırda RİA-ya heç bir maneə olmadan giriş mümkündür.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların nəzarətində olan hissəsində məskunlaşaraq, fəaliyyətlərini davam etdirməyə çalışan separatçı-terrorçuları “rəsmilər” kimi göstərməklə, onlardan müsahibə alaraq yaydığına və vaxtaşırı olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik göstərdiyinə görə RİA Novostiyə ölkəmizdən girişə blok qoyulmuşdu.