ABŞ Çinə mane ola bilməyəcək - Qeyts
ABŞ öz məhdudiyyətləri ilə heç vaxt Çinin yaxşı çiplərə sahib olmasına mane ola bilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu “Maykrosoft” şirkətinin qurucusu Bill Qeyts deyib.
“ABŞ-ın Çinin böyük çiplərə sahib olmasının qarşısını ala biləcəyini düşünmürəm. Çin kifayət qədər tez nəticə əldə edə bilər, çünki ABŞ-ın tədbirlərinin fayda verdiyini görmürəm”, - Qeyts bildirib.