BMT Bryansk vilayətində ukraynalı diversantlarla bağlı məlumatları yoxlaya bilmir.

BUTA.TV xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Biz hər iki tərəfdən - Rusiya və Ukraynadan ittihamlar, şərhlər gördük. Bu məlumatların heç birini yoxlaya bilmərik", - Düjarrik bildirib.

Qeyd edək ki, 40-a yaxın Ukrayna hərbçisinin Rusiya ərazisinə daxil olduğu, 100-dən çox insanı girov götürdüyü barədə məlumatlar yayılmışdı.