Rusiya Melitopol şəhərini Zaporojye vilayətinin mərkəzi elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski fərman imzalayıb.

“Zaporojye vilayətinin inzibati-ərazi vahidləri yaradılsın: Zaporojye vilayətinin rayon əhəmiyyətli şəhərləri: Melitopol, Berdyansk, Enerqodar. Müəyyən edilsin ki, Melitopol Zaporojye vilayətinin inzibati mərkəzidir”, - sənəddə deyilir.