ABŞ Prezidenti Co Bayden martın 9-da kəsiri azaltmağa yönəlmiş ölkə büdcəsini dərc edəcək.

BUTA.TV xəbər verir ki, bunu keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Prezident büdcəni cümə axşamı günü açıqlayacaq. Bu, prezidentin ailələr üçün qiymətləri aşağı salmaq, sosial müdafiə və tibbi yardımı gücləndirmək və kəsiri azaltmaqla ölkəyə necə investisiya qoymağı planlaşdırdığını göstərir”, - Jan-Pyer bildirib.