Bir gündə 5 zəlzələ: nə gözlənilir? - Qurban Yetirmişli
Hacıqabul seysmik zonada yerləşən rayonumuzdur. Gün ərzində baş verən zəlzələlərdə narahatlığa səbəb olacaq heç nə yoxdur. Bölgədə güclü zəlzələ gözlənilmir.
Bu sözləri BUTA.TV-a açıqlamasında AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Qeyd edək ki, bu gün Hacıqabul ərazisində 5 zəlzələ baş verib.