​Gürcüstan Prezidenti Salome Zurabişvilinin Avropa turnesi ləğv olunur.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan hökumətindən məlumat verilib.

Məlumata görə, Zurabişvilinun avqustun 31-də Almaniyaya səfər edəcəyi ilə bağlı bu ayın əvvəlində hökumətə müraciəti yazılı şəkildə rədd edilib:

“Zurabişviliyə xatırladırıq ki, Gürcüstan Konstitusiyasına uyğun olaraq, prezident ölkəni xaricdə yalnız hökumətin razılığı ilə təmsil edir, çünki ölkənin xarici siyasətinin həyata keçirilməsi hökumətin vəzifəsidir”.

Bundan əlavə, prezidentə avqust-dekabr ayları arasında daha doqquz ölkəyə səfərə icazə verilməyib. Söhbət Ukrayna, İsveçrə, Polşa, Belçika, Danimarka və Birləşmiş Ərəb Əmirliklərinə işgüzar, Bolqarıstan, Çexiya və İsrailə rəsmi səfərlərdən gedir.

Küçədə yaşadığı deyilən aktyorla bağlı pis xəbər... - Video Küçədə yaşadığı deyilən aktyorla bağlı pis xəbər... - Video