Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər arasında telefon danışığı olub.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Y.Gülər Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

"Sədərək" və "Binə" bağlanır? "Sədərək" və "Binə" bağlanır?