Mövcud şərait bölmələrimizin nəzarəti altındadır.

BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərini davam etdirir:

"Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".