Dünən gecə boyu Şuşa şəhəri atəşə tutulub - Rəsmi
Dünən gecə boyu Şuşa şəhəri iriçaplı silahlardan və minaatanlardan atəşə tutulub.
BUTA.TV xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, nəticədə strateji obyektlər zərər görüb, Şuşa şəhərinin işıqlandırılmasında fasilələr yaranıb.