Fələstin lideri Mahmud Abbas Qəzza zolağına nəzarət edən HƏMAS-ın İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başlamasına münasibət bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Fələstin lideri əməliyyatla bağlı yüksək rütbəli zabitlərin iştirakı ilə iclas keçirib.

O iclasda Fələstin xalqının qorunmasının vacib olduğunu bildirib:

“İsrail qüvvələrinin hücumlarına qarşı Fələstin xalqının özünü qoruma hüququ vardır”.