Sumqayıtda qatarla avtomobil toqquşdu
Bu gün saat 13:10 radələrində ADY-yə məxsus lokomotiv 21 boş vaqon ilə Sumqayıt-Çay mənzilində dalan yolda hərəkətdə olarkən qorunmayan dəmiryol keçidini keçməyə cəhd edən dövlət qeydiyyat nişanı 50-EX-375 olan “Opel” markalı avtomobillə toqquşub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Toqquşma nəticəsində xəsarət alan olmadığı bildirilir.