İsrail ordusu HƏMAS mövqelərini məhv edir - Video
İsrail ordusu son bir neçə saat ərzində Qəzza zolağına onlarla zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
Məlumata görə, HƏMAS-ın qərargahı, minaatan atış mövqeləri və terrorçulara zərbələr endirilib.
Bildirilib ki, iki gün əvvəl öldürülən HƏMAS qüvvələrinin komandiri Əli Qadinin komanda mərkəzi də vurulub.