Avropa Birliyi Azərbaycan tərəfindən ölkənin suverenliyinə və ərazi bütövlüyünə mümkün təhdidlərə cavab olaraq Ermənistanda monitorinq missiyasını genişləndirə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə AB-nin yüksək vəzifəli nümayəndəsi deyib.

“Biz Prezident Əliyevə açıq şəkildə bildirdik ki, Ermənistanın suverenliyini və ərazi bütövlüyünü pozmağa yönəlmiş istənilən cəhddən narahatıq. Missiyamız güclənəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistandakı AB missiyasının müxtəlif bəhanələrlə genişləndirilməsi istiqamətində son vaxtlar edilən cəhdlər artıb.