1960-cı illərdə geyim modelləri belə olub - AzTV-nin arxivindən nadir görüntülər
Bakı Modellər Evinin 1960-ci illərdə hazırladığı milli geyim modelləri yenidən Azərbaycan Televiziyasında nümayiş olunub.
BUTA.TV xəbər verir ki, AzTV-nin “Qızıl fond”undan təqdim olunan bu görüntülərdə modelçi-konstruktorlar yaraşıqlı və münasib paltar geyimləri üzərində işləyirlər.
Onlar xalq geyimlərindən istifadə edərək yeni paltar modelləri yaradırlar.