Ərdoğan Abdullahianla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi X hesabında məlumat paylaşılıb.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın da iştirak etdiyi deyilir.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian Türkiyədə səfərdədir.