Qazaxıstan Asiya və Aralıq dənizi arasında Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafında fransız mütəxəssisələrin fəal iştirakına arxalana bilər.

BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşündə deyib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında əməkdaşlıq üçün yaxşı əsaslar qoyulub, lakin bu prossesi sürətləndirmək lazımdır.