Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibəti ilə təbrik edib.

BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

"Dost Əlcəzair hökumətini və xalqını Milli Günü münasibəti ilə təbrik edirik. Biz Azərbaycan və Əlcəzair arasında əlaqələrin genişləndirilməsini səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!", - paylaşımda vurğulanıb.