Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Ərdoğan səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək X sammitində iştirak edəcək.

Səfər 2-3 noyabr tarixləri üçün nəzərdə tutulub.