Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı avtomobil yolunun Əliqasımlı və Bədirli kəndləri arasından keçən hissəsində qeydə alınıb. Traktorla VAZ-2106 markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində minik avtomobili yoldan çıxaraq əkin sahəsinə düşüb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəyanət cəmiyyətimizi məhv edir... Xəyanət cəmiyyətimizi məhv edir...