BMT TŞ-yə rəhbərlik Çinə keçdi
BMT Təhlükəsizlik Şurasına rəhbərlik Braziliyadan Çinə keçib.
BUTA.TV xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun noyabr ayı üçün iş proqramını təqdim edib.
Daimi nümayəndə qeyd edib ki, əsas hədəf Yaxın Şərqdə müharibənin dayandırılması və Qəzzada atəşkəsin bərpa olunmasını təmin etməkdir.