Bakıda bəzi “Bravo”lar bağlanır
Bakıda kiçik “Bravo”lar bağlanır.
BUTA.TV Bakipost.az-a istinadən xəbər verir ki, bağlanan marketlərdə 50-60 faizlik endirimlər də qoyulub. Marketdən faktı təsdiqləyiblər.
“Rəhbərliyin qərarı ilə paytaxtda seçilmiş bəzi kiçik “Bravo”lar bağlanır. Onların yerinə nəyin olacağı bəlli deyil. Hazırda həmin mağazalarda bir sıra endirimlər də var”, - deyə bildirilib.